Arçil Sixarulidze: İlham Əliyevin regional siyasəti Gürcüstan üçün də mühüm əhəmiyyət daşıyır
Far.Az xəbər saytı

Arçil Sixarulidze: İlham Əliyevin regional siyasəti Gürcüstan üçün də mühüm əhəmiyyət daşıyır


Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsindəki fəaliyyəti və regional əməkdaşlığa yanaşması Gürcüstan üçün də yeni imkanlar yaradır.

Bunu "Report"un yerli bürosuna Gürcüstanın tanınmış eksperti, SIKHA Tədqiqat Fondunun rəhbəri, siyasi analitik Arçil Sixarulidze deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının Cənubi Qafqaza böyük ehtiyacı var:

"Çünki region enerji təhlükəsizliyi ilə birbaşa bağlıdır və Azərbaycan bu prosesdə ən mühüm aktorlardan biridir. Bu amil Cənubi Qafqaz ölkələrinin region miqyasında güclü və əhəmiyyətli mövqeyə sahib olması üçün imkanlar yaradır".

A.Sixarulidze həmçinin Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinə toxunaraq bildirib ki, hazırda Tbilisi ilə Brüssel arasında müəyyən problemlər mövcuddur və Gürcüstanın yürütdüyü siyasət Avropa İttifaqını qane etmir.

Siyasi analitik əlavə edib ki, Gürcüstan Azərbaycan üçün də getdikcə daha mühüm ölkəyə çevrilir:

"Azərbaycanın Cənubi Qafqazın gücləndirilməsi istiqamətində Gürcüstanla birgə əməkdaşlıq planları mövcuddur. Bu əməkdaşlıq Gürcüstan üçün yalnız maliyyə qazancı baxımından deyil, həm də müstəqil dövlət kimi mövqelərinin möhkəmləndirilməsi baxımından yeni imkanlar açır. Azərbaycan Prezidenti Gürcüstan üçün də mühüm əhəmiyyət daşıyan dost ölkənin rəhbəridir. İlham Əliyevin bütövlükdə regiona diqqət yetirməsi və məsələlərə yalnız bir dövlətin deyil, regional maraqlar çərçivəsində yanaşması müsbət amildir. Azərbaycan Prezidentinin bu məsələdə rolu böyük əhəmiyyət daşıyır".

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər