Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar
23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva Pakistanın Lahor şəhərində qrup halında təcavüzün qurbanı olub.
Far.Az oxu.az-a istinadən xəbər verir ki, o, nüfuzlu pakistanlı siyasi ailədən olan gəncin keçmiş həyat yoldaşıdır.
Əri ondan Feysalabaddan olan və Şabir Əhməd (Nəqaş kimi də tanınır) adlı parça ticarətçisi ilə ehtimal edilən sevgi macərasına görə ayrılıb. İddia olunur ki, Şabir və onun dostu pul qazanmaq məqsədilə Diananı Lahorun Cohar-Taun ərazisində fahişəliklə məşğul olmağa məcbur ediblər.
Diananın ailəsi
Diana Azərbaycanın Qusar şəhərindəndir. O, bacısı və qardaşı ilə birlikdə sadə bir ailədə böyüyüb. Atası Romikin narkotik asılılığından əziyyət çəkdiyi bildirilir. Onun spirtli içkilər qəbul etdiyi, rəqs klublarına və əyləncə gecələrinə getdiyi, sərxoş vəziyyətdə isə tez-tez davalara qarışdığı qeyd olunur.
Pakistanlı ilə tanışlıq
2023-cü ildə Bakıda, Diana pakistanlı bir gənclə tanış olub. Onlar dostlaşıb və mütəmadi olaraq görüşməyə başlayıblar.
Bakıda polisə şikayət
2024-cü ilin dekabrında Diananın kəskin sərxoş halda sevgilisinin evinə gedərək qalmaqal yaratdığı ehtimal edilir. Daha sonra o, gəncin onu öldürməyə cəhd etdiyini iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib. Şikayət ərizəsi Bakının Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinə təqdim olunub. Polis Pakistan vətəndaşını saxlasa da, sonradan o sərbəst buraxılıb və öz ölkəsinə qayıdıb. Bir neçə gün sonra Diana yenidən onun evinə gələrək ağlayıb, onu sevdiyini və ayrılacaqları təqdirdə intihar edəcəyini bildirib. O, üzr istəsə də, polisdəki şikayətini geri götürməyib. Gənc Pakistana getməyə cəhd edərkən qadının onun pasportunu və telefonunu əlindən aldığı iddia edilir. Bundan sonra o, qadını Pakistana aparıb. Onların Ravalpindidəki toy mərasimi sadə keçib. Diana yaxşı həyat yoldaşı olacağına söz verib. Ardından cütlük yenidən Bakıya qayıdıb.
Toydan sonrakı problemlər
Ailə qurduqdan sonra Diananın ərini işə getməməyə və bütün günü onunla keçirməyə məcbur etdiyi bildirilir. O, mütəmadi olaraq qışqıraraq münaqişələr yaradıb. Mənbələrin məlumatına görə, o, hiyləgərliyi ilə seçilib və ərinin həyatını hər vəchlə çətinləşdiririb. Evlilikdən sonra hamilə qalsa da, ehtimal ki, abort etdirib. Bu hadisə həyat yoldaşını ciddi şəkildə məyus edib.
Pakistandakı həyat
2025-ci ilin mayında əri onu yenidən Pakistana gətirib. Diananın ərinin qohumları ilə münaqişə yaşadığı bildirilir. Nəticədə, əri Feysalabadda ev kirayələyərək onunla birlikdə orada yaşamağa başlayıb. Burada onun "Nəqaş" ləqəbli tacir Şabir Əhmədlə sevgi münasibətlərinə başladığı ehtimal olunur. Əri bu barədə öyrənib. Həmin ərəfədə verilən məlumatlara görə, o, daha bir dəfə abort etdirib. Bunun ardınca əri onunla nikahı pozub.
Boşandıqdan sonra Diana və Şabir arasındakı münasibətlər daha da istiləşib. Şabir onunla görüşmək üçün Bakıya gəlir, o isə Pakistana səfər edib. Hətta bir dəfə onun Pakistanda tam bir ay qeyri-qanuni yaşadığı bildirilir.
Şabir onu öz evinə gətirərək həyat yoldaşına Diananın geyim satışı biznesində xarici tərəfdaşı olduğunu deyib. O, qadın üçün birinci mərtəbədə xüsusi otaq ayırıb. Günlərin birində Şabirin arvadı onları otaqda qucaqlaşarkən yaxalayıb. O, Diananı döyərək evdən qovub.
Diana Atif adlı qonşusuna müraciət edərək baş verənləri danışıb və onun köməyi ilə Bakıya qayıtmaq üçün bilet əldə edib.
Lahora qayıdış
Pulsuzluq və işsizlik səbəbindən Diana Bakıda uzun müddət qala bilməyib. O, 2026-cı ilin may ayında yenidən Lahora dönüb. Bu dəfə isə kömək məqsədilə Şabirin dostu Tövhid Batta müraciət edib. İddialara əsasən, Şabir və Tövhid onu fahişəlik etməyə məcbur ediblər. Bu vəziyyət onun həyatını daha da dözülməz hala gətirib. Mənbələrin məlumatına görə, təcavüz hadisəsindən sonra Tövhid Batt "Instagram" hesabını silərək gizlənib. Hüquq-mühafizə orqanları Şabiri və daha üç nəfəri saxlayıb. Diana həmçinin onu zorlayan üç kişinin adını polisə təqdim edib. Hazırda polis həmin şəxslərin tutulması istiqamətində iş aparır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Şahzadə Diananın kral protokolunu pozduğu 13 MƏQAM
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2













