Azərbaycanda hazırlanan KASIRGA şaquli qalxışlı kamikadze PUA ilk dəfə görüntülənib
Türkiyənin BAYKAR şirkətinin Azərbaycandakı şirkəti "Bayraktar Teknoloji" tərəfindən hazırlanan KASIRGA şaquli qalxışlı kamikadze pilotsuz uçuş aparatı (PUA) ilk dəfə görüntülənib.
"Far.Az" xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesinə bağlı olan "SavunmaSanayiST.com" portalı məlumat yayıb.
Qeyd edək ki, KASIRGA bu gün Bakıda keçirilən ADEX 2026-da ilk dəfə təqdim olunur. Onun maksimum qalxış kütləsi 33 kiloqramdır. Şaquli qalxıb-endiyinə görə uçuş-enmə zolağı tələb etmir. İdarəetməsi avtonom uçuş, vizual mövqeləndirmə, sensor məlumatlarının sintezinə əsaslanır.
PUA kamikadze rejimində olanda hədəfi müəyyən edir və üzərinə dalış edərək 5 kq döyüş başlığı ilə onu məhv edir. Kəşfiyyat-müşahidə rejimində isə EO kamera ilə kəşfiyyat aparır və missiyadan sonra bazaya qayıda bilir. Bu baxımdan, adi birdəfəlik kamikadze dronundan daha funksional aparatdır.
BAYKAR’ın Azerbaycan’daki şirketi Bayraktar Teknoloji tarafından geliştirilen KASIRGA Dikey Kalkışlı Kamikaze İHA ilk kez görüntülendi! pic.twitter.com/dXKDIwlYVp
— SavunmaSanayiST.com (@SavunmaSanayiST) September 30, 2026
Oxşar xəbərlər
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Torqovı"dakı yanğından son GÖRÜNTÜLƏR - Xəsarət alan var
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













