Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razılaşmaları müzakirə edir - EKSKLÜZİV
Far.Az xəbər saytı

Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razılaşmaları müzakirə edir - EKSKLÜZİV


Slovakiya və Azərbaycan müdafiə sənayesi, o cümlədən pilotsuz uçuş aparatları (PUA) sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edir.

Bu barədə "Far.Az"a "ADEX-2026" sərgisi çərçivəsində Slovakiyanın Müdafiə Nazirliyinin müdafiə siyasəti üzrə baş direktoru Robert Bestro bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məhsuldardır və genişlənir. R.Bestro qeyd edib ki, Slovakiya tərəfi ilə Azərbaycanın Müdafiə Sənayesi və Müdafiə nazirlikləri arasında yaxşı münasibətlər formalaşıb.

R.Bestro xatırladıb ki, Slovakiya artıq Azərbaycanla yeni, tam avtomatlaşdırılmış minaatanların tədarükünə dair müqavilə imzalayıb: "Biz müdafiə sənayemizin bu məhsulu ilə qürur duyuruq və bizə göstərilən bütün dəstəyə görə Azərbaycana minnətdarıq".

Onun sözlərinə görə, Slovakiya ağır sənayedə, ilk növbədə artilleriya sistemləri və döyüş sursatları istehsalında əhəmiyyətli təcrübəyə malikdir, lakin yeni texnoloji istiqamətlərdə Azərbaycan təcrübəsini öyrənməkdə maraqlıdır.

Xüsusilə, söhbət pilotsuz uçuş aparatları, radioelektron mübarizə və kibertəhlükəsizlikdən gedir.

Bu ilin sonuna qədər və ya gələn il yeni müqavilələrin imzalanması ehtimalı ilə bağlı sualı cavablandıran R.Bestro qeyd edib ki, tərəflər bir sıra istiqamətləri müzakirə edirlər: "Dronlar və bu sahədə imkanların inkişaf etdirilməsi ən aktual mövzulardan biridir. Düşünürəm ki, yaxın vaxtlarda biz konkret razılaşmalara keçə biləcəyik".

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Leyla və Arzu Əliyevalar "Urban Expo" sərgisi ilə tanış olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər