Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb
ABŞ Prezidenti Donald Tramp sonuncu amerikalı hərbçilərin İraqdan çıxarılmasını təsdiqləyib.
"Far.Az" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb,
"Bu gün mən məmnuniyyətlə elan edirəm ki, sonuncu ABŞ qüvvələri İraqı tərk edir! Çox uzun zaman keçdi və çox pis qərarlar bizi bu bataqlıqda iştirak etməyə sürüklədi, lakin tezliklə bu, tarixin bir hissəsinə çevriləcək. Bu, Amerika üçün Böyük gündür və ən əsası, biz İraqı mənim lap əvvəldən dəstəklədiyim və tam bəyəndiyim möhtəşəm yeni baş nazir Əli əl-Zaidinin rəhbərliyi altında qoyaraq gedirik. O, qalib olacağı gözlənilməyən seçkilərdə qələbə çaldı və bunu çox böyük fərqlə etdi!", - paylaşımda bildirilib.
Trampın sözlərinə görə, 2003-cü ildə Kiçik Corc Buşun hakimiyyəti dövründə başlamış və Barak Obama ilə Co Baydenin administrasiyaları zamanı davam etdirilmiş İraqdakı "Sarsılmaz qətiyyət" adlı əməliyyat 2026-cı ildə onun rəhbərliyi altında başa çatacaq. Tramp hərbi kontingentin İraqdan tam çıxarılmasını ABŞ-nin və öz administrasiyasının qələbəsi, eləcə də amerikalı hərbçilər tərəfindən məhv edilən İŞİD qruplaşmasının məğlubiyyətinin göstəricisi adlandırıb.
"Koalisiya qüvvələrinin və təchizatının Ərbil aviabazasından nizamlı şəkildə çıxarılması cəhənəmə edilən ekskursiyanın sonunu göstərir. Mənim seçimim var idi - qalmaq və ya getmək, və mən heç bir şübhə olmadan hesab etdim ki, amerikalıların evə qayıtmaq vaxtıdır! Baş nazir Əl-Zaidi əla insandır və ümid edirəm ki, işlərin öhdəsindən çox yaxşı gələ biləcək. Biz xilafətlə mübarizə aparmaq üçün gəlmişdik. Xilafət artıq yoxdur. Biz evə qayıdırıq!", - Tramp yazıb.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib
Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Tramp Milli Kəşfiyyat direktorunu süni intellektin inkişafı üzrə məsul şəxs vəzifəsinə təklif edib
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
"Bolt" cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
-
Lixtenşteyn millisinin futbolçusu Alesio: "Bakıda yaxşı nəticə qazanmaq istəyirik"













