"Bolt" cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
"Bolt" şirkəti 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşı olub.
Dünya çempionatı ilə başlayan əməkdaşlıq "Bolt" və Azərbaycan Cüdo Federasiyası (ACF) arasında uzunmüddətli tərəfdaşlığın əsasını qoyur.
Tərəfdaşlıq çərçivəsində çempionat iştirakçılarının, qonaqların və azarkeşlərin şəhərdaxili hərəkətinin daha rahat təşkili nəzərdə tutulur. Yarış günlərində tədbirə gələn istifadəçilər "Bolt" tətbiqi vasitəsilə səfərlərə 25 faiz endirimdən yararlana biləcəklər. Endirimdən istifadə qaydaları çempionat ərəfəsində açıqlanacaq.
Eyni zamanda, "Bolt for Business" həlli təşkilatçıların və tərəfdaşların işgüzar səfərlərinin vahid platforma üzərindən idarə olunmasına imkan yaradacaq. Bu həll nəqliyyatın koordinasiyasının daha səmərəli təşkilinə və şəxsi avtomobillərdən istifadə ehtiyacının azaldılmasına xidmət edəcək.
"Bolt for Business"in Azərbaycan üzrə rəhbəri Salman Babazadə tərəfdaşlıqla bağlı bildirib:
"Cüdo üzrə dünya çempionatının Bakıda keçirilməsi ölkəmiz üçün mühüm idman hadisəsidir. Rəsmi mobillik tərəfdaşı kimi məqsədimiz iştirakçıların, qonaqların və azarkeşlərin şəhər üzrə hərəkətini daha rahat etməkdir. "Bolt for Business" vasitəsilə təşkilati səfərlərin daha səmərəli idarə olunmasına da dəstək verəcəyik".
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu əməkdaşlığın dünya çempionatının təşkili baxımından əhəmiyyətini vurğulayıb:
"Bakıda keçiriləcək dünya çempionatı çoxsaylı idmançı, nümayəndə heyəti və azarkeşi bir araya gətirəcək. Belə irimiqyaslı yarış zamanı mobilliyin səmərəli təşkili mühüm məsələlərdən biridir. "Bolt" ilə əməkdaşlığın həm çempionat iştirakçılarının və qonaqların rahatlığına, həm də təşkilati proseslərin daha çevik həyata keçirilməsinə töhfə verəcəyinə inanırıq. Eyni zamanda, bu əməkdaşlığın dünya çempionatından sonra da davam etməsini və uzunmüddətli tərəfdaşlığa çevrilməsini müsbət qiymətləndiririk".
Qeyd edək ki, Bakı-2026 cüdo üzrə dünya çempionatında fərdi mübarizələr 4–10 oktyabr tarixlərində, qarışıq komanda yarışı isə oktyabrın 11-də Milli Gimnastika Arenasında keçiriləcək. Mundialda 97 ölkədən 640 cüdoçunun iştirakı nəzərdə tutulur.
Oxşar xəbərlər
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib
Şəhidlərin xatirəsinə həsr olunan cüdo üzrə açıq çempionat keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
FHN-in nəzarət etdiyi çimərliklərdə sudaboğulma halı olub? - RƏSMİ AÇQLAMA
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













