Suriyada qaz boru kəmərində partlayış üç elektrik stansiyasını sıradan çıxarıb
Far.Az xəbər saytı

Suriyada qaz boru kəmərində partlayış üç elektrik stansiyasını sıradan çıxarıb


Dəməşqin şərq ətrafındakı "Tişrin" İstilik Elektrik Stansiyası (İES) ərazisində qaz boru kəmərində baş verən partlayış elektrik stansiyasının özünün, həmçinin digər iki – "Deyr Əli" və "Ən-Nasiriyyə" İES-in işində fasilələrə səbəb olub.

"Far.Az"un xəbərinə görə, bu barədə Suriya Energetika Nazirliyi məlumat yayıb.

Stansiya mütəxəssisləri qaz klapanlarını bağlayıb və boru kəmərinin zədələnmiş hissəsini təcrid ediblər. Bu, qaz axınını azaldıb və yanğın mənbəyini zəiflədib. Yanğınsöndürmə işləri qalan qaz ehtiyatları buxarlandıqdan və alovlanma təhlükəsi aradan qaldırıldıqdan sonra başlayacaq.

"Bu elektrik stansiyalarının bağlanması elektrik enerjisi istehsalının azalmasına və mövcud istehsal gücünün çatışmazlığı səbəbindən müvəqqəti enerji təchizatı məhdudiyyətlərinin artmasına səbəb olacaq", - Energetika Nazirliyi bildirib.

Nazirlik əlavə edib ki, partlayışın nəticələri aradan qaldırıldıqdan sonra enerji təchizatı vəziyyəti barədə məlumatı yayacaq.

Oxşar xəbərlər

Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər