"Yonhap": Seul Pxenyanla gərginliyi azaltmağa çalışır
Far.Az xəbər saytı

"Yonhap": Seul Pxenyanla gərginliyi azaltmağa çalışır


Cənubi Koreya Prezidenti Li Çje Myon Şimali Koreya ilə hərbi gərginliyi azaltmaq üçün ardıcıl olaraq praktik yollar axtaracağına söz verib.

Bu barədə "Report" "Yonhap" agentliyinə istinadən xəbər verir.

Bəyanat Şimali Koreyanın iki ölkə sərhədində minalarının partladılması nəticəsində yaranan son gərginlikdən sonra verilib.

"Koreyalararası münasibətlərdəki düyünlər son dərəcə mürəkkəbdir, lakin biz onları bir-bir açmaq üçün davamlı və səbirlə çalışacağıq", - nəşr dövlət başçısının Silahlı Qüvvələr Günü münasibətilə Kendedə hərbi qərargahda keçirilən mərasimdə sözlərini sitat gətirib.

Ötən həftə Şimali Koreya sərhədçiləri tərəfindən yerləşdirildiyi iddia edilən iki mina iki ölkənin sərhədindəki silahsızlaşdırılmış zonada naməlum səbəbdən partlayıb. Nəticədə Cənubi Koreyanın 3 əsgəri yaralanıb.

Şimali Koreya hakimiyyəti baş verənləri cənub qonşusunun təxribatı adlandırıb.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər