Taleh Kazımov: "İnnovativ həllər özəl sektorun iqlim investisiyalarını asanlaşdıracaq"
İqlim maliyyəsi sahəsində innovativ həllər özəl sektorun iqlim investisiyalarını asanlaşdırmaq üçün lazımi alətləri təmin edəcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə bildirib.
O bildirib ki, transformativ iqlim fəaliyyəti üçün qlobal iqlim maliyyəsi çərçivəsi keçən il COP28-də təqdim edildi: "Bu çərçivə iqlim maliyyələşdirməsinin effektivliyini artırmaq üçün planlar təqdim edir. Biz bütün ölkələrin qlobal miqyasda "yaşıl sərmayə" axınının dəstəklənməsində iştirakını təmin etməliyik. COP29 bu günə qədər əldə edilmiş nailiyyətləri qiymətləndirmək və bu istiqamətdə yeni üfüqləri araşdırmaq üçün mühüm fürsət təqdim edir".
T.Kazımov qeyd edib ki, iqlim dəyişikliyi təkcə ekoloji problem deyil, həm də təcili və kollektiv tədbirlər tələb edən olduqca mürəkkəb böhrandır: "Təəssüf ki, dünya hələ də Paris sazişində nəzərdə tutulan keçid yoluna qədəm qoymayıb. Məlumatlar emissiyaların artmaqda davam etdiyini göstərir. 2023-cü ildə qlobal istixana qazı indiyədək qeydə alınan ən yüksək səviyyəyə çatıb. İqlim Maliyyəsi üzrə Yüksək Səviyyəli Ekspert Qrupu hesab edir ki, inkişaf etməkdə olan ölkələrin emissiyaları 42 % azaltmaları üçün illik 2,4 trilyon ABŞ dolları maliyyəyə ehtiyacları var. Bu maliyyələşdirmə enerji keçidi, uyğunlaşma, dayanıqlığın yaradılması və təbii kapitalın bərpası üçün vacibdir".
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Səfir: Azərbaycan və BƏƏ-nin tərəfdaşlığı iqlim dəyişikliyi ilə mübarizədə mənalı həllər təqdim edə bilər - MÜSAHİBƏ
Taleh Kazımov: "Yaşıl Taksonomiya" ölkənin yaşıl keçidi üçün güclü zəmin yaradacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Bəqai: Hörmüz boğazı ilə bağlı İran-Oman danışıqlarının nəticələri açıqlanacaq
-
Tramp: İranla münaqişə seçkilərdən sonra başa çata bilər
-
Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək - EKSKLÜZİV
-
Arxangelskdə baş verən qəzada ölənlərin sayı artıb - YENİLƏNİB













