Erdem Tındaş: Birgə layihələrimizin Azərbaycan iqtisadiyyatına töhfə verməsinə çalışırıq
Far.Az xəbər saytı

Erdem Tındaş: Birgə layihələrimizin Azərbaycan iqtisadiyyatına töhfə verməsinə çalışırıq


Birgə istehsal layihələrinin Azərbaycanın yerli iqtisadiyyatına töhfə verə biləcək şəkildə reallaşdırılmasına səy göstərilir.

Bunu Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində "Far.Az"a açıqlamasında Türkiyənin "Armelsan Savunma" şirkətinin baş direktorunun Biznesin inkişafı və müqavilələr üzrə müavini Erdem Tındaş deyib.

O, Azərbaycanın aidiyyəti dövlət qurumları və müxtəlif tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsi yönündə danışıqlar aparıldığını vurğulayıb.

Şirkət rəsmisi sərgidə bir sıra məhsullarının nümayiş etdirildiyini bildirib:

"ADEX 2026 sərgisində Azərbaycan Hərbi Dəniz Qüvvələri və Azərbaycandakı digər tərəfdaşlarımız üçün faydalı olacağını düşündüyümüz dalğıc təyinetmə akustik sistemini, həmçinin dərin qazma fəaliyyətlərində istifadə olunan "Kaşif" pilotsuz sualtı dəniz nəqliyyat vasitələrimizi nümayiş etdiririk".

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
Leyla və Arzu Əliyevalar "Urban Expo" sərgisi ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər