Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu "Azər-Türk Bank"ın yeni səhmlərini əldə edəcək
Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun dövlətə məxsus "Azər-Türk Bank" ASC-nin səhmdarı olması Bankın yeni səhmlərini əldə etməklə baş tutacaq.
"Far.Az" bu barədə "Azər-Türk Bank"a istinadən xəbər verir.
Məlumata görə, potensial investisiyanın əlavə səhm emissiyası yolu ilə həyata keçirilməsi planlaşdırılır. Beləliklə, Bankın nizamnamə kapitalı artırılacaq.
Xatırladaq ki, müvafiq saziş bu il sentyabrın 25-26-da Bakıda Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində imzalanıb. Sənədi Azərbaycan tərəfdən Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktor əvəzi Dəyanət Sədullayev, qarşı tərəfdən isə Oman İnvestisiya Qurumunun Dövlətlərarası (G2G) fondları üzrə meneceri Saif Əl-Mahruqi imzalayıb.
"Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 100,5 milyon manatdır. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,08 %-i "Zıraat Bank İnternational"a, 6,55 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı
-
Şamaxıda avtomobil piyadanı vuraraq öldürüb
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər













