Lixtenşteynin baş məşqçisi Fyunfştyuk: "Azərbaycan millisi ilə heç-heçə etdiyimiz üçün sevinirik"
Lixtenşteyn millisi Azərbaycan millisi ilə heç-heçə etdiyi üçün çox sevinir.
"Far.Az"un məlumatına görə, bu barədə Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fyunfştyuk Bakıdakı mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis Azərbaycan yığması ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunundan sonra fikirlərini bölüşüb:
"AFFA-ya təşəkkür edirəm. İlk dəfə Bakıya gəlirdim. Bizim üçün yaxşı şərait yaratmışdılar. Qonaqpərvərliyinizlə tanış olduq. Bunun üçün minnətdaram. 40 min əhalimiz var. Bu matçdan əvvəl favorit deyildik. Amma yaxşı hazırlaşmışdıq. Heç-heçəyə görə çox sevinirik".
Baş məşqçi müdafiədə yaxşı çıxış etdiklərini sözlərinə əlavə edib:
"Qazandığımız hər xala sevinirik. Bizim də şanslarımız oldu. Özümüzü inkişaf etdirməli və daha yaxşı oynamalıyıq. Son üç oyunumuzdan razıyam. Qarşıdakı matçlara köklənəcəyik və əlimizdən gələni edəcəyik. Biz peşəkar komanda deyilik. Bizim komandamızın planı var. Peşəkar futbolçumuz azdır. Əksəriyyəti digər sahələrdə çalışırlar".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub
-
Bu deputatın mandatı ləğv edildi













