Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb
Far.Az xəbər saytı

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb


Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb.

"Far.Az" xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.

Məlumata görə, hadisə Qidicen yaşayış məntəqəsində (Rumıniyanın şərqindəki Qalats vilayəti) dəmir yolu keçidində qeydə alınıb.

İlkin məlumatlara görə, mikroavtobusun sürücüsü xəbərdarlıq nişanlarına məhəl qoymayaraq icazə verilməyən vaxtda dəmir yolu xəttinə çıxıb. Buxarest-Yassı marşrutu üzrə hərəkət edən sərnişin qatarı avtomobilə çırpılıb, nəticədə mikroavtobusdakı bütün sərnişinlər - iki qadın, bir kişi və bir uşaq ölüb.

Dəmir yolunun bu hissəsində qatarların hərəkəti dayandırılıb. Cinayət işi başlanıb, faktla bağlı istintaq davam edir.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Əhmədlidə üç il əvvəl tikintiyə icazə verilməyən ərazidə AĞACLAR QIRILDI, yerinə daş döşəndi - Sakin ŞİKAYƏTİ
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər