AQEM Media Forumunda mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu müzakirə olunub
Far.Az xəbər saytı

AQEM Media Forumunda mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu müzakirə olunub


Bakıda keçirilən "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunda "Sosial həmrəyliyin və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu" mövzusuna həsr edilmiş ikinci panel sessiyası keçirilib.

"Report" xəbər verir ki, panelə ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva moderatorluq edib.

Paneldə çıxış edən Pakistanın federal təhsil və peşə təhsili üzrə dövlət naziri Vəcihə Qamar forumun keçirilməsinə görə Azərbaycan hökumətinə, AQEM-in Azərbaycan sədrliyinə və Katibliyinə minnətdarlığını bildirib. O, medianın ictimai rəyin formalaşdırılmasında və cəmiyyətlər arasında əlaqələrin yaradılmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Özbəkistan Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontentin İstehsalı Mərkəzinin direktoru Kobuljon Əhmədov da təşkilatçılara və azərbaycanlı həmkarlarına təşəkkürünü ifadə edib. O, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə qarşılıqlı və konstruktiv dialoq, əməkdaşlıq və xarici aləmə açıqlıq siyasətinin həyata keçirildiyini vurğulayıb. Bildirib ki, bunun nəticəsində Özbəkistan region ölkələri ilə əməkdaşlığını qarşılıqlı etimad və hörmət prinsipləri əsasında daha da gücləndirib.

Fələstinin Qazaxıstandakı səfiri Montasir Abuzeid qarşılıqlı anlaşma və etimadın Fələstin üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, medianın dövlətlər və xalqlar arasında anlaşma və etimadın möhkəmləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

İordaniya Kommunikasiya Nazirliyinin baş katibi Dr. Zeyd Əl-Nəvaysə medianın əsas missiyasının cəmiyyətin bütün üzvlərini məlumatlandırmaq olduğunu qeyd edib. O, böhranlar zamanı medianın rolunun daha da artdığını və belə şəraitdə həqiqətin aydın şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.

Qırğızıstan mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Salkin Sarnogoeva media və sosial şəbəkələrin xalqlar arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib. O, müasir media ekosistemində ənənəvi KİV-lərlə yanaşı, sosial şəbəkələr, bloqerlər və influenserlərin də mühüm yerə malik olduğunu bildirib: "Media xalqları və ənənələri bir-birinə yaxınlaşdıra bilər".

Kamboca İnformasiya Nazirliyinin dövlət katibinin müavini Prak Thaveak Amida jurnalistlər arasında fikir və təcrübə mübadiləsinin əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, jurnalistlər arasında mübadilə mexanizmləri yaradılmalı, fikir və bilik mübadiləsi jurnalist fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməlidir.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda AQEM Media Forumunun açılış mərasimi keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər