Estoniya Rusiya və Belarus vətəndaşlarına daşınmaz əmlak satışını məhdudlaşdırmaq istəyir
Far.Az xəbər saytı

Estoniya Rusiya və Belarus vətəndaşlarına daşınmaz əmlak satışını məhdudlaşdırmaq istəyir


Estoniya parlamentinin kənd işləri üzrə komissiyası Rusiya və Belarusla əlaqəli şəxslərin ölkədə daşınmaz əmlak əldə etmək imkanlarının məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

"Far.Az" parlamentin saytındakı bəyanata istinadən xəbər verir ki, məhdudiyyətlər Avropa İttifaqı ölkələrində uzunmüddətli yaşamaq icazəsi və ya Estoniyada daimi yaşamaq hüququ olmayan Rusiya və Belarus vətəndaşlarına şamil ediləcək.

Məhdudiyyətlər həmçinin bu ölkələrdən olan hüquqi şəxslərə və son benefisiarları Rusiya və ya Belarus vətəndaşları olan şirkətlərə də təsir edəcək.

Dəyişikliklər artıq əldə edilmiş daşınmaz əmlaka şamil olunmayacaq və Estoniyada yaşamaq hüququnu məhdudlaşdırmayacaq. Məhdudiyyətlərə məruz qalan şəxslər icarə bazarından istifadə etmək imkanını qoruyub saxlayacaq, lakin gələcəkdə daşınmaz əmlak ala bilməyəcəklər.

Komissiyanın sədri Urmas Kruuzenin sözlərinə görə, qanun layihəsi təhlükəsizlik sahəsində dəyişmiş vəziyyət nəzərə alınmaqla hazırlanıb. Komissiya qanun layihəsinin birinci oxunuşunu parlamentin oktyabrın 14-də keçiriləcək plenar iclasında başa çatdırmağı təklif edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər