Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıdığını deyib.
"Report" xəbər verir ki, Hikmət Hacıyev bunu Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyətini qəbul etməsi ilə bağlı "X" sosial media hesabında paylaşımında qeyd edib.
Diplomat bu gün Avropanın nümayəndə heyətini qəbul etməkdən məmnun olduğunu bildirib:
"Bu gün Avropanın 20-dən çox ölkəsinin nümayəndələrindən ibarət Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyətini qəbul etməkdən məmnun oldum. Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və ümumi fayda prinsipləri əsasında inkişaf edir. Son dövrdə yüksək səviyyəli təmaslar vasitəsilə siyasi dialoq intensivləşib, praktiki əməkdaşlıq isə əhəmiyyətli dinamika qazanıb".
H.Hacıyev həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və regional bağlantılılıqda, xüsusilə Orta Dəhliz çərçivəsində oynadığı strateji rol Aİ-Azərbaycan münasibətlərinin mühüm istiqamətlərindən olduğunu vurğulayıb:
"Eyni zamanda, əməkdaşlıq təmiz enerji, rəqəmsal transformasiya və innovasiyalar, eləcə də investisiyalar sahələrini də əhatə edir. Bu il təhlükəsizlik sahəsində dialoqumuzu Siyasi və Təhlükəsizlik Dialoqu səviyyəsinə genişləndirmişik və yeni hərtərəfli ikitərəfli saziş, eləcə də yenilənmiş Tərəfdaşlıq Prioritetləri üzərində iş aparırıq. İnkişaf edən ikitərəfli gündəm ümumi maraqları praktiki nəticələrə çevirmək üçün imkan yaradır".
I was pleased to receive today the delegation of the EU Council Working Party on Eastern Europe and Central Asia (COEST) composed of representatives from more than 20 European countries.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 1, 2026
EU-Azerbaijan partnership is of strategic importance and is developing on the basis of… pic.twitter.com/mpR0jM4j2A
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Azərbaycanın U-20 millisi yoldaşlıq oyununda bu gün Moldova ilə qarşılaşacaq
-
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk













