Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında nəqliyyat əlaqələri üçün vacibdir
Far.Az xəbər saytı

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında nəqliyyat əlaqələri üçün vacibdir


Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin məcmu ÜDM-i təxminən 2,4 trilyon dollar təşkil edir.

"Far.Az" xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.

Onun sözlərinə görə, təşkilatın əsas istiqamətlərindən biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsidir.

"Birgə investisiya fondunun yaradılması və rəqəmsal inteqrasiyanın inkişafı da misli görünməmiş kommersiya imkanları yarada, regionun Avropa bazarları ilə daha səmərəli əlaqələndirilməsini təmin edə bilər. Bizim bir sıra digər birgə layihələrimiz də var. Artıq bir çox beynəlxalq şirkətlərin diqqətini cəlb edən rəqəmsallaşma sahəsində beynəlxalq təşəbbüslər və layihələri inkişaf etdiririk", - Ömüralıyev deyib.

Baş katib qeyd edib ki, Orta Dəhlizin inkişafının nəticələri görülən tədbirlərin səmərəliliyini əyani şəkildə əks etdirir və 2025-ci ildə Orta Dəhlizlə təxminən 4,7 milyon ton yük daşınıb.

"Konteyner daşımalarının həcmi də əhəmiyyətli dərəcədə - təxminən səkkiz dəfə artıb. Bundan əlavə, marşrut üzrə konteyner daşımalarının mühüm hissəsi Çindən gələn yük axınlarının payına düşür. Dünya Bankının qiymətləndirməsinə görə, 2030-cu ilə qədər Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər. Bildiyiniz kimi, Zəngəzur dəhlizi də mühüm əhəmiyyət kəsb edir. O, təkcə Azərbaycan, Ermənistan və ya regionun digər ölkələri üçün deyil, həm də Şərqlə Qərb arasında daha səmərəli nəqliyyat əlaqəsinin formalaşması üçün vacibdir", - o əlavə edib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər