"Azərkosmos": Süni intellekt peyk texnologiyalarını avtomatlaşdırsa da, insanın rolu qalır
Süni intellekt peyk texnologiyalarını avtomatlaşdırsa da, insanın rolu hələ də böyük olaraq qalır.
"Far.Az" xəbər verir ki, bunu Kosmik Agentliyin ("Azərkosmos") Coğrafi İnformasiya Sistemləri (GİS) Mərkəzinin Süni İntellekt bölməsinin rəhbəri Həmid Əskərov ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində təşkil olunmuş panel müzakirədə bildirib.
"Ümumiyyətlə, peyk təsvirlərinə baxsaq, onlar çox böyük ərazini əhatə edir və bu təsvirləri emal etmək üçün kifayət qədər çox vaxt və insan resursu lazımdır. Lakin süni intellekt texnologiyaları bu emal prosesini kifayət qədər sürətləndirir. Xüsusilə zaman dəyişimi, yəni "time series" dediyimiz peyk təsvirlərinə baxanda insanın hansı hissədə olması vacibdir. Çünki "time series" peyk təsvirləri dəyişikliklərin aşkarlanmasında xüsusilə çox önəmli rola sahibdir. Bu prosesdə insanın rolu birinci mərhələdən başlayır. Yəni təsvirlərin bir-biri ilə müqayisə edilməsində. Əgər biz düzgün olmayan iki təsviri müqayisə ediriksə, məsələn, bir təsvirimiz buludludursa və yaxud fərqli bucaqdan çəkilibsə, bu artıq özlüyündə çoxlu səhvlər yaradır", - deyə o qeyd edib.
H.Əskərovun sözlərinə görə, növbəti mərhələlərdə insan bunu daha da dərin analiz etməli olur: "Ümumi baxsaq, təsvirlər seçildikdən sonra ilkin analiz prosesini və ilkin dəyişiklikləri tam avtomatik olaraq aşkarlaya bilirik. Daha sonra növbəti mərhələlərdə isə insan bu aşkarlanmış dəyişikliklərdən hansılarının doğru, hansılarının yanlış olduğuna qərar verir. Əgər burada bir dəyişiklik baş veribsə, bir növ insan bunun məsuliyyətini götürür və bu dəyişikliyi qəbul etdiyini bildirir: Buna əlavə olaraq, bu dəyişikliklərin aşkarlanması modelləri sadəcə bizə dəyişiklikləri göstərir, lakin semantik bir məna vermir. Yəni burada dəyişiklik baş verib, amma nə dəyişib və nəyə görə dəyişib suallarına mənanı insan verməlidir. Bu da bir növ "human in the loop" dediyimiz sistemin ayrılmaz bir parçasıdır. Ümumiləşdirsəm, süni intellekt bir çox işi avtomatlaşdırır, dəyişikliklərin tapılmasını çox sürətləndirir, lakin buna semantik mənanın verilməsi, növbəti yoxlanılma və məsuliyyət tərəfi hələ də insanın üzərində qalır".
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Bu deputatın mandatı ləğv edildi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"













