Ötən ay Azərbaycanda havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün yuxarı olub
Bu ilin sentyabr ayında ölkə ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün normadan yuxarı (0–7 dərəcə), 4 gün isə normadan aşağı (0–7 dərəcə) olub.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, 2 gün temperatur iqlim norması daxilində müşahidə edilib. Orta aylıq temperatur 24 dərəcə isti olub ki, bu da iqlim normasından 2 dərəcə yuxarıdır.
Bakı və Abşeron yarımadasında sentyabr ayında maksimal temperatur sentyabrın 15-də Sumqayıtda 34 dərəcə isti, bölgələrdə isə həmin tarixdə Ordubadda 37 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında sentyabrın 9-da 13 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə həmin tarixdə 2 dərəcə şaxta (Şahdağ) olub.
Sentyabr ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb. Bəzi yerlərdə yağıntılar intensiv və leysan xarakterli olub. Ümumilikdə, bölgələr üzrə 26 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı Mərkəzi Aran zonasında aylıq normanın 160 faizi olmaqla 23 mm (Hacıqabul), Balakən-Şəki zonasında aylıq normanın 106 faizi olmaqla 90 mm (Zaqatala), Bakı və Abşeron yarımadasında isə aylıq normanın 216 faizi olmaqla 49 mm (Maştağa) təşkil edib.
Şahdağda, Şamaxı rayonunun Çuxuryurd və Məlhəm kəndlərində, eləcə də Tovuz rayonunun Çobansığnaq kəndində dolu müşahidə olunub.
Sentyabr ayında Bakı və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 14 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə 28 m/s-yə çatıb.
Oxşar xəbərlər
Dövlət Komitəsinin sədri Ordubadda vətəndaşları qəbul edib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Mart ayında hava iqlim normasından yüksək olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bu deputatın mandatı ləğv edildi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub













