SOCAR-ın iştirakı ilə yeni şirkət yaradılıb
Far.Az xəbər saytı

SOCAR-ın iştirakı ilə yeni şirkət yaradılıb


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iştirakı ilə "Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in tələblərinə uyğun olaraq yeni şirkət - "SOCAR Balakhani" MMC yaradıb.

Far.Az report-a istinadən xəbər verir ki, yeni kommersiya qurumu bu il iyunun 19-da SOCAR-la eyni hüquqi ünvanda Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121-də dövlət qeydiyyatına alınıb.

Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Bağırov Natiq Orucqulu oğludur.

Cəmiyyətin yaradılmasında əsas məqsəd Sazişin tələbləri çərçivəsində podratçı qismində çıxış edəcək SOCAR-ın ortaq neft şirkətinin Saziş üzrə müəyyən edilmiş İştirak Payı həddində hüquq və öhdəliklərinin icrasını təmin etməkdir. Şirkət Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blok üzrə Saziş çərçivəsində SOCAR-ın ortaq neft şirkəti kimi fəaliyyət göstərəcək və müəyyən edilmiş iştirak payı çərçivəsində müvafiq hüquq və öhdəlikləri həyata keçirəcək.

Oxşar xəbərlər

Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ramana Qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər