Kamran Əliyev rusiyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Far.Az xəbər saytı

Kamran Əliyev rusiyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib


Baş prokuror Kamran Əliyev Rusiyaya səfəri çərçivəsində həmkarı ilə Aleksandr Qutsan arasında ikitərəfli görüşüb və əməkdaşlıq perspektivlərini müzakirə edib.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Azərbaycan nümayəndə heyətinə göstərilən xüsusi diqqətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Kamran Əliyev qeyd edib ki, Azərbaycan və Rusiya arasında tarixən formalaşmış dərin mədəni, siyasi və hüquqi əlaqələr mövcuddur. İki ölkənin siyasi liderləri İlham Əliyev və Vladimir Putin arasında səmimi dostluq münasibətlərinin nəticəsidir ki, ölkələrin tərəfdaşlığı strateji müttəfiqlik səviyyəsinədək inkişaf edərək sıxlaşıb. Bu isə öz növbəsində hər iki dövlətin hüquq mühafizə orqanları arasında məhsuldar işgüzar münasibətlər üçün əlverişli zəmin formalaşdırır.

İki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın hazırkı səviyyəsindən razılığını bildirən Kamran Əliyev qeyd edib ki, bu əlaqələr iki istiqaməti əhatə edir. Belə ki, hər iki ölkənin hüquqtətbiqetmə təcrübəsinin və qanunvericiliyinin yeni institutlarının öyrənilməsi ilə yanaşı, konkret cinayət işləri çərçivəsində hüquqi yardım göstərilməsi və cinayət törətmiş şəxslərin verilməsi istiqamətində də əməkdaşlıq əlaqələrində yüksələn xətt üzrə inkişaf edir.

Öz növbəsində Aleksandr Qutsan vurğulayıb ki, hər iki ölkənin prokurorluq orqanları arasında ənənəvi olaraq, yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcud olub.

Rəsmi səfərdə iştirak dəvətini qəbul etdiyinə görə K.Əliyevə təşəkkürünü bildirən rusiyalı həmkarı, əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb. Daha sonra konkret cinayət işləri ilə bağlı müzakirələr aparılıb.

Görüşün yekununda Azərbaycan və Rusiya Baş Prokurorluqları arasında 2027–2028-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb.

Sənədin iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə praktiki əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər