Tural Nağıyev: "Kiber dayanıqlıq biznes üçün kiber təhlükəsizlikdən daha çox önəm daşıyır"
Far.Az xəbər saytı

Tural Nağıyev: "Kiber dayanıqlıq biznes üçün kiber təhlükəsizlikdən daha çox önəm daşıyır"


Kiber dayanıqlıq biznes üçün kiber təhlükəsizlikdən daha çox önəm daşıyır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinə məxsus "İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" MMC-nin layihə rəhbəri Tural Nağıyev Bakıda keçirilən ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində təşkil olunmuş panel müzakirədə bildirib.

"Nə qədər tədbir görülsə də, yeni risk, hücum və texnologiyalar formalaşacaq. Mənim layihə rəhbəri və biznes sahibi kimi məqsədim bu hücumdan sonra həmin biznesin dayanıqlığını təmin eləməkdir. Bir tərəfdən malımız, mülkümüz və fərdi məlumatlarımız bizim üçün dəyərlidir, digər tərəfdən isə öz bədənimiz haqqında olan bioloji və tibbi məlumatlar çox vacibdir. Hətta bir çox hallarda dövlət başçıları harasa gedəndə onların mühafizəsi masanı elə yığışdırır ki, orada bir tük belə qalmasın. Çünki onun genetik strukturu və kodu haqqında məlumat toplaya bilərlər", - deyə o qeyd edib.

T.Nağıyev əlavə edib ki, xüsusən süni intellektin inkişafı ilə birlikdə artıq kiberhücumların qarşısını almaq mümkünsüz olur: "İnsan nəzarəti standartlaşdırılmağa doğru gedir. Bu kontekstdə həmin istiqamətdə həyata keçirilən akademik və laborator fəaliyyət, mövcud təcrübələrin təhlili mühüm əhəmiyyət kəsb edir".

Oxşar xəbərlər

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər