Lüksemburqda Anım Günü ilə bağlı tədbir keçirilib
Lüksemburqda "LuxAz" Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyasının təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
"Far.Az"un Avropa bürosu xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
"LuxAz"ın vitse-prezidenti Sevinc Ömərli şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinin və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıb. Assosiasiyanın gənclər və idman məsələləri üzrə vitse-prezidenti İlkin Səmədov Anım Gününün Azərbaycan xalqı üçün əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin birinci katibi Emin Rüstəmov 2020-ci il sentyabrın 27-nin 44 günlük müharibənin başlanğıcı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 30 il erməni işğalı altında olan ərazilərə nəzarəti geri qaytarıb. O həmçinin qeyd edib ki, 2023-cü ilin sentyabr əməliyyatı nəticəsində Azərbaycan ölkənin suverenliyini təmin edərək bütün ərazisi üzərində tam nəzarəti bərpa edib.
Səfir vurğulayıb ki, Azərbaycanın qələbəsi tarixi ədalətin bərpasına gətirib çıxarıb, regionda sülh və sabitliyin möhkəmləndirilməsi, qarşılıqlı etimad və sülh şəraitində əməkdaşlıq mühitinin formalaşdırılması üçün imkanlar yaradıb.
Birinci Qarabağ müharibəsinin iştirakçısı və 44 günlük Vətən müharibəsinin qazisi Cəlal Ələsgərovun atası Fəxrəddin Ələsgərov şəhidlərin xatirəsinə və qazilərə göstərilən diqqətə görə təşkilatçılara təşəkkür edib, bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.
Sonda 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Biz" sənədli filmi nümayiş etdirilib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları













