"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə eniş edib
Far.Az xəbər saytı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə eniş edib


Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsi təcili eniş etdiyi Səudiyyə Ərəbistanının Təbuk şəhərinin hava limanından İsrailin Ben-Qurion aeroportuna çatıb.

"Far.Az" "The Jerusalem Post"a istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu sərnişinləri qarşılamaq üçün hava limanına getməlidir.

Hava limanının tibbi briqadaları sərnişinləri müayinə etmək və lazımi yardım göstərmək üçün hazır vəziyyətə gətirilib. Bildirilib ki, 174 sərnişinindən 166-sı İsrail vətəndaşıdır.

Daha əvvəl Dubaydan Təl-Əvivə uçan "Flydubai" təyyarəsi kabinədə pilotların davasından sonra Səudiyyə Ərəbistanının Təbuk hava limanında təcili eniş edib. Onlardan biri bıçaq yarası alıb, bundan sonra digəri təyyarənin idarəetməsini ələ keçirməyə cəhd edib.

"Flydubai" hadisənin araşdırılması başa çatana qədər İsrailə uçuşları dayandırıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
"Flydubai" aviaşirkəti göyərtəsindəki insidentdən sonra İsrailə uçuşları dayandırıb
"Flydubai" təyyarəsi ələ keçirilmə siqnalından sonra Səudiyyə Ərəbistanında eniş edib - YENİLƏNİB
Ben Affleklə Cennifer Lopez yenidən eşq yaşayır?
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər