Yeni binalar istilik sisteminə necə qoşula bilər? - RƏSMİ
Far.Az xəbər saytı

Yeni binalar istilik sisteminə necə qoşula bilər? - RƏSMİ


"Qoşulma texniki şərtlər əsasında həyata keçirilir. Əvvəlcə binanın istilik tələbatı və mövcud şəbəkənin imkanları qiymətləndirilir. Yeni binanın qoşulması artıq xidmət alan sakinlərin istilik təminatını pisləşdirməməlidir".

Bunu BAKU.WS-ə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.

Qurum rəsmisi əlavə edib ki, texniki şərtlərə uyğun layihə hazırlanır, istilik xətlərinin çəkilməsi və zəruri tikinti işləri sifarişçinin vəsaiti hesabına görülür:

"İşlər yoxlanıldıqdan və sənədlər rəsmiləşdirildikdən sonra qoşulma tamamlanır. Müraciət qaydası və tələb olunan sənədlər barədə 956 Çağrı Mərkəzindən və müvafiq "ASAN" xidmət nöqtələrindən məlumat almaq olar. Yeni bina tikənlərə bu məsələni layihələndirmə mərhələsində dəqiqləşdirməyi tövsiyə edirik".

Orxan Hüseyn

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
FHN rəsmisi: Bakı, Sumqayıt, Abşeron və Xızıda suyun çəkilməsi işləri davam etdirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər