Cəlilabadda görünməmiş tapıntı: Qazıntılar zamanı nələr üzə çıxdı?
Cəlilabad rayonunun Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində arxeoloji tədqiqatlar davam edir.
Baku TV-nin məlumatına görə, ərazidə aparılan növbəti qazıntılar zamanı mühüm maddi-mədəniyyət nümunələri aşkar edilib.
Arxeoloji ekspedisiyanın rəhbəri Anar Ağazadə bildirib ki, builki tədqiqatlar nəticəsində Erkən Tunc dövrünə aid təsərrüfat quyuları, tikili qalıqları, ocaq kürələri, ocaq yerləri və digər maddi-mədəniyyət nümunələri üzə çıxarılıb:
"Abidədə məskunlaşma uzun müddət və intensiv davam edib. Yaşayış yerinin üst təbəqəsində Orta əsrlər dövrünə aid zəngin mədəni qat aşkarlanıb, şirli və şirsiz keramika qalıqları üzə çıxarılıb. Dərin qatlarda isə Erkən Tunc dövrünə aid Kür-Araz mədəniyyətinin nümunələrinə rast gəlinir. Nazikdivarlı saxsı qablar xarakterik tapıntılar arasındadır.
Bütün bunlar Xudutəpədə böyük istehsal ocaqlarının olduğunu deməyə əsas verir. Gələcəkdə Xudutəpə yaşayış yerində aparılacaq tədqiqatlarla tarixin daha qədim qatlarına aid yeni nümunələrin üzə çıxarılması nəzərdə tutulur", - deyə Anar Ağazadə bildirib.
Oxşar xəbərlər
Xudutəpə qədim yaşayış məskənində ocaq qurğuları aşkarlanıb
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edilib
Atropatena dövrünə aid "Seyidin yeri" adlı yaşayış məskəni aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib
-
Naomi Kempbell Bakıda
-
Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib
-
Formula 1-lə bağlı metronun iş SAATI DƏYİŞİR













