Bakının ən bahalı ünvanları: Şok qiymətlər
Far.Az xəbər saytı

Bakının ən bahalı ünvanları: Şok qiymətlər


Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır.

BAKU.WS xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucuovun FED.az-a verdiyi məlumata görə, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeydə alınıb. Burada mənzillərin maksimal qiyməti 19 000 manat/kv.m təşkil edir.

İkinci ən bahalı ünvan Səbail rayonunun Üzeyir Hacıbəyli küçəsidir. Burada maksimal qiymət 15 900 manat/kv.m-dir. İlk üçlüyü isə 9 200 manat/kv.m göstərici ilə Niyazi küçəsi və Ağ Şəhərin "Yaşıl Ada 1" ərazisi tamamlayır.

Bundan başqa, İzmir küçəsində qiymət 8 650 manat, Qurban Abbasov küçəsində 7 950 manat, Mikayıl Useynov küçəsində isə 7 670 manat/kv.m-ə çatır.

AQC rəhbəri bildirir ki, daşınmaz əmlak bazarında qiymətləri yalnız rayon üzrə orta göstəricilərlə qiymətləndirmək düzgün deyil. Premium seqmentdə hətta bir-birindən bir neçə yüz metr məsafədə yerləşən obyektlərin qiymətləri ciddi fərqlənə bilər.

Məsələn, siyahıdakı ən yüksək 19 min manat/kv.m qiymət Bakı üzrə hazırkı median təklif qiymətindən təxminən 7.4 dəfə yüksəkdir; sentyabr 2026 üzrə bazar məlumatlarında Bakı üzrə median 2 582 manat/kv.m göstərilir.

Bakının yüksək qiymətli əraziləri cədvəldə göstərilib:

Bakının ən bahalı ünvanları: Şok qiymətlər

Oxşar xəbərlər

20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
"Deluxe Residence" artıq "Sea Breeze"də: Yeni premium yaşayış konsepti
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər