Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar
Far.Az xəbər saytı

Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar


Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdirirlər.

"Far.Az" xəbər verir ki, Batut gimnastikası üzrə 13-14 yaş kateqoriyasında sinxron proqramda çıxış edən Muhamməd Həsənli və Ömər Qasımlı final mərhələsində 46.160 xal toplayaraq bürünc medalın sahibi olublar.

Eyni proqramda 17-21 yaş kateqoriyasında mübarizə aparan Mehdi Əliyev və Nicat Mirzəyev isə təsnifat mərhələsində 48.960 xalla 4-cü pillədə qərarlaşaraq finala vəsiqə qazanıblar.

Tamblinq üzrə fərdi proqramda 11-13 yaş kateqoriyasında ölkəmizi təmsil edən Əsnad Niftiyeva isə 42.700 xalla 8-ci nəticəni göstərərək final mərhələsinə yüksəlib.

Gimnastlarımız yarışda mübarizələrini davam etdirirlər.

Oxşar xəbərlər

Azərbaycan gimnastları batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk günündə uğurlu çıxış ediblər
III MDB Oyunları: Sinxron proqramda finala yüksələn Azərbaycan gimnastları müəyyənləşib
Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Dünya çempionatı: Zelim Tçkayev gümüş medalın sahibi olub - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər