Brejnevə təqdim olunan kuzəni hazırlayan zərgər illər sonra danışdı
Far.Az xəbər saytı

Brejnevə təqdim olunan kuzəni hazırlayan zərgər illər sonra danışdı


"O vaxtlar" verilişinin budəfəki qonağı Nardaran sakini Mahmud Əliyev olub. O, verilişdə uşaqlıq illərindən, zərgərlik sənətinə gəlişindən, Brejnevə hədiyyə edilən kuzənin hazırlanmasından və kənd təsərrüfatı ilə bağlı həyatından danışaraq öz həyat hekayəsini bölüşüb.

Mahmud Əliyev uşaqlıq illərini və sənətə gəlişini belə xatırlayıb:

"Bakının mərkəzində anadan olmuşam. Məktəbi bitirəndən sonra universitetə daxil ola bilmədim. Nəslimizdə sənətkar yox idi, tacirlər olub. Atamın dostu, xalçaçı-rəssam Kamil Əliyevin yanına getdik və mən usta şagirdi kimi zərgərlik sənətinə başladım. Tərsliklə, dediyimə əməl edərək sənəti mükəmməl öyrəndim. Brejnev Bakıya gələndə ona gümüşdən kuzə hədiyyə veriləcəkdi. Mən həmin kuzəni qızıldan butalar və zərif şəbəkə işi ilə bəzədim. Hazırda həmin kuzə Kiyevdəki tarix muzeyində saxlanılır".

Ailə həyatı və həyat yoldaşına verdiyi qiymətli hədiyyələrdən də danışan Mahmud Əliyev bunları söyləyib:

"Atalarımızın dost olduğu bir ailədən olan qızla evlənmişəm. İlk dəfə görüşəndə ona mirvari üzük verdim. Bu, başqa yerdə təkrarı olmayan bir iş idi. Sonralar da vaxtaşırı öz əl işlərimdən ona hədiyyələr etmişəm. Yaşlaşandan sonra qadında bəzəyə həvəs qalır ki?! Amma biz sevgini, hörməti hər zaman qoruyub saxlamışıq".

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Şou-biznesin xoşbəxt ailə həyatı olan məşhurları - SİYAHI
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər