Tramp: Demokratlar Konqresə aralıq seçkilərində qalib gəlsələr, mənə impiçment elan etməyə çalışacaqlar
Far.Az xəbər saytı

Tramp: Demokratlar Konqresə aralıq seçkilərində qalib gəlsələr, mənə impiçment elan etməyə çalışacaqlar


ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Demokratlar Konqresə aralıq seçkilərində qalib gəlsələr, ona impiçment elan etməyə çalışacaqlar.

"Report" xəbər verir ki, o, bunu Oklahoma ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Əgər biz qalib gəlməsək, onlar sonda mənə impiçment elan edəcəklər", – deyə Tramp bildirib.

O, tərəfdarlarını qarşıdakı səsvermədə fəal iştirak etməyə çağırıb və qeyd edib ki, onun adı seçki bülletenində olmadıqda onlar seçki məntəqələrinə daha az həvəslə gedirlər.

"Bu seçkilərdə sizdən xahiş edirəm: elə təsəvvür edin ki, mən namizədəm. Xahiş edirəm, sadəcə belə təsəvvür edin", – deyə ABŞ Prezidenti əlavə edib.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər