COP29 çərçivəsində iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə imzalanıb
Far.Az xəbər saytı

COP29 çərçivəsində iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə imzalanıb


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində “İqlim Dəyişikliyi, Buzlaqlar və Transsərhəd Əməkdaşlıq üzrə Tərəfdaşlıq” mövzusunda birgə Bəyannamə imzalanıb.

"Report" xəbər verir ki, imzalanma mərasimində Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın ətraf mühit nazirləri, həmçinin Asiya İnkişaf Bankı (AİB) və Yaşıl İqlim Fondunun nümayəndələri iştirak ediblər.

Tədbirdə Yaşıl İqlim Fondu və AİB tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan “Buzlaqlardan Təsərrüfatlara” (G2F) proqramının icrasına başlanılması müzakirə olunub. Proqramın məqsədi buzlaqların əriməsinin təsirlərini azaltmaq, su və ərzaq təhlükəsizliyini təmin etmək üçün iqlim dayanıqlığına yönəlmiş tədbirləri dəstəkləməkdir.

Azərbaycanın su çatışmazlığı və iqlim dəyişikliyindən artan təsirləri nəzərə alınaraq, G2F proqramı ölkənin milli maraqlarına uyğun olaraq xüsusi əhəmiyyət kəsb edir. İmzalanmış Bəyannamə məlumat və təcrübə mübadiləsini, erkən xəbərdarlıq sistemlərinin inkişafını və iqlimə uyğun həllərin tətbiqini təşviq edir. Bu Bəyannamə, Mərkəzi və Qərbi Asiya regionunda buzlaqların qorunması və iqlim dəyişikliyinə qarşı tədbirlərin gücləndirilməsi istiqamətində mühüm addım olaraq dəyərləndirilir.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ceyhun Bayramov “Buzlaqlar-2025: Buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda tədbirdə çıxış edib
Mehriban Əliyeva “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfransdan paylaşım edib - YENİLƏNİB
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər