Azərbaycanda internet informasiya ehtiyatlarının yoxlanılmasında AI-dən istifadə edilir
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) internet üzərindən əlçatan informasiya ehtiyatları sistemlərinin yoxlanılmasında süni intellektdən (AI) istifadə etməyə başlayıb.
"Far.Az" xəbər verir ki, bunu Xidmətin İdarə rəisi Nadir Novruzov "ADEX 2026 – VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi" çərçivəsində panel müzakirədə bildirib.
Onun sözlərinə görə, dövlət informasiya ehtiyatları sistemlərinin sayı yüzlərlə, hətta minlərlə ölçülür: "Biz dövlət qurumu olaraq insan resursu ilə bu qədər sistemin hamısını yoxlamağa çatdıra bilmərik. Buna görə də avtomatlaşdırmanın bir hissəsi kimi internet üzərindən əlçatan sistemlərin yoxlanılmasını süni intellekt vasitəsilə etməyə keçmişik. Bizim əməkdaşlar müxtəlif bacarıqlar formalaşdırır və onları daha da təkmilləşdirirlər. Biz insanların etdiyi auditlərlə və pentestlərlə süni intellektin nəticələrini qarşılaşdırırıq, çatışmayan hissələri təkmilləşdiririk ki, növbəti dövrdə nüfuz etmə testlərini artıq süni intellekt vasitəsilə edək".
N.Novruzov deyib ki, XRİTDX süni intellekt vasitəsilə təhlükəsizlik məsələsini iki istiqamətdə nəzərdən keçirir: "Birincisi, dövlət qurumlarında tətbiq olunacaq və istifadəyə veriləcək süni intellekt həllərinin özünün təhlükəsizlik məsələsidir. Bu, həm məlumatların sızması, həm də süni intellekt üzərindən həmin sistemlərə müdaxilə, "prompt injection", "data poisoning" və digər istiqamətləri əhatə edir. Digər məsələ isə dövlət qurumlarında internet üzərindən əlçatan olan "ChatGPT", "Claude" və sair kimi sistemlərdən istifadə zamanı konfidensial, məxfi və digər məlumatların sızması riskidir. Bu sızmaların qarşısını alacaq mexanizmlər üzərində düşünürük".
İdarə rəisi süni intellektin sürətlə inkişaf etməsi ilə əlaqədar hər gün yeni imkanların yarandığını bildirib: "Hər birinin qarşısını almaq üçün yeni mexanizmlər fikirləşmək lazımdır. Biz məcburi şəkildə onun arxasınca qaçırıq. Daha bir vacib əlbəttə ki, dövlət qurumlarının əməkdaşlarına qarşı süni intellektdən istifadə olunmaqla hücumların həyata keçirilməsidir. Yəni, saxta meyillərin formalaşdırılmasında səslərin, videoların və onların qərarlarına təsir edə biləcək digər əməliyyatların qarşısının hansısa formada alınmasıdır".
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
-
Coratda qadın qətlə yetirilib, əri şübhəli bilinir













