Rusiyada pirotexnika zavodunda baş verən yanğında ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Rusiyada pirotexnika zavodunda baş verən yanğında ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB


Rusiyanın Yaroslavl vilayətində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yaralanan 11 nəfərdən 10-u ölüb. Xilasetmə bölmələri dağıntıların aradan qaldırılması ilə məşğuldur.

Rusiyanın Yaroslavl vilayətində pirotexniki vasitələrin istehsalı müəssisəsində baş verən yanğında 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, zavod Pereslavl-Zalesski bələdiyyə dairəsinin Kubrinsk kəndində yerləşir.

"Uçmuş konstruksiyaların söküntüsü zamanı həlak olan beş nəfərin meyiti aşkarlanıb. Ayağından xəsarət alan bir qadın təcili yardım briqadasına təhvil verilib", - Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə idarəsinin bəyanatında bildirilib.

Müəssisənin ərazisində iki binanın alovlandığı qeyd olunur. Yanğının söndürülməsində 100-dən çox insan və 40 ədəd texnika iştirak edir. Yanğınsöndürənlər yanğını lokallaşdıra biliblər, işlər davam etdirilir.

Oxşar xəbərlər

DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Dövlət Xidməti Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
FHN Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər