Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Kommunikasiya üzrə İşçi Qrupunun Qarabağ Universitetində tələbələr və işğaldan azad edilmiş ərazilərdə yaşayan inflüenserlərlə görüşü keçirilib.
"Far.Az" xəbər verir ki, görüş zamanı iştirakçılara İşçi Qrupun fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazilərimiz işğaldan azad edildikdən sonra İşçi Qrupun əsas fəaliyyət istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər barədə yerli və xarici ictimaiyyətin davamlı məlumatlandırılması və maarifləndirilməsinin təmin edilməsi olub.
Qeyd edilib ki, bərpa-quruculuq və minatəmizləmə fəaliyyəti, regionda iqtisadi canlanma, əhalinin məşğulluğu və dayanıqlı məskunlaşması, təhsil imkanları, eləcə də ərazilərdə formalaşan gündəlik həyat barədə geniş kommunikasiya fəaliyyəti həyata keçirilir.
Görüşdə tələbə və inflüenserlərin işğaldan azad edilmiş ərazilərlə bağlı sosial media platformalarındakı fəaliyyəti təqdir edilib. Vurğulanıb ki, bu ərazilərə həyatın qayıtmasını, insanların uğur hekayələrini, gündəlik həyatını, yaradılan yeni imkanları və dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işlərini əks etdirən yaradıcı kontentlər ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılanır.
Tələbə və inflüenserlərin öz müşahidə və təəssüratlarına əsaslanan belə məzmunlar görülən işlərin ictimaiyyətə daha təbii və səmimi formada çatdırılmasına töhfə verməklə yanaşı, uzun illər doğma torpaqlarına həsrət qalmış insanlarda müsbət emosiyalar yaradır və ərazilərdə formalaşan yeni həyatın daha geniş auditoriyaya çatdırılmasına imkan verir. Bu baxımdan, həmin istiqamətdə fəaliyyətin genişləndirilməsinin və yeni, yaradıcı kontentlərin hazırlanmasının əhəmiyyəti qeyd edilib.
Görüş zamanı tələbə və inflüenserlər tərəfindən bir sıra yeni təşəbbüs və təkliflər səsləndirilib, onların reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ağdərə şəhərində Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək













