Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
Far.Az xəbər saytı

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır


Qarşılaşmadan qələbə ilə ayrılmaq niyyətində idik, lakin bunu bacarmadıq. Bununla da vəziyyətimizi bir qədər də çətinləşdirdik.

Yaranan qol imkanlarından yararlana və oyunun tempini artıra bilmədik. Burada günahkar axtarmaq fikrində deyilik, məsuliyyəti öz üzərimə götürürəm. Futbolçular sonadək mübarizə apardılar, amma istədiyimiz nəticəni əldə etmək mümkün olmadı.

BAKU.WS xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn yığması ilə 0:0 hesabı ilə başa çatan matçdan sonra mətbuat konfransında deyib.

O, meydanda göstərdikləri oyundan və əldə olunan nəticədən narazı qalanların iradlarını başadüşülən hesab etdiyini söyləyib: "Bu gün rəqib üzərində mütləq qələbə qazanmalı idik. Təəssüf ki, bunu edə bilmədik və ümumilikdə zəif çıxış etdik. İndiki vəziyyətdən çıxmağın yolu Litva ilə qarşılaşmada qalib gəlməkdir. Müqaviləmizin müddəti qışa qədərdir. Biz komandaya çətin bir vaxtda gəldik və məsuliyyətdən yayınmadan üzərimizə düşən vəzifəni qəbul etdik. Bundan sonra rəhbərliyin verəcəyi istənilən qərara hörmətlə yanaşacağam".

Qeyd edək ki, hazırda aktivində 2 xalı olan yığma ikinci pillədə qərarlaşıb. Rəqib isə 1 xalla sonuncu - üçüncü yerdədir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər