Rəşad Rəsullu: Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq
Qarşıdakı günlərdə Bakı beynəlxalq cüdo təqviminin ən mühüm yarışlarından birində dünyanın aparıcı idmançılarını bir araya gətirəcək.
"Far.Az"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimində fikirlərini bölüşüb:
"Dünyanın müxtəlif ölkələrindən olan idmançıların qarşılıqlı hörmət və ədalətli mübarizə prinsipləri əsasında ən yüksək səviyyədə yarışacağı bu mötəbər çempionata ev sahibliyi etməkdən qürur duyuruq".
O, qurum adından Beynəlxalq Cüdo Federasiyasının prezidenti cənab Marius Vizerə və Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Fərid Qayıbova dünya çempionatının təşkilinə göstərdikləri dəyərli dəstəyə və verdikləri töhfəyə görə səmimi təşəkkürünü bildirib:
"Eyni zamanda, Beynəlxalq Cüdo Federasiyasına, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, eləcə də çempionatın hazırlıq və təşkilati prosesində əməyi olan hər kəsə təşəkkür edirəm. Bugünkü püşkatma yarışların başlanmasına doğru son mərhələdir. Bütün idmançılara möhkəm cansağlığı, uğurlu çıxışlar və tatamidə müvəffəqiyyət arzulayıram. Ümid edirik ki, Bakıda keçirdiyiniz vaxtdan və Azərbaycanın qonaqpərvərliyindən xoş təəssüratlarla ayrılacaqsınız. Hər kəsə uğurlu və yaddaqalan dünya çempionatı arzulayıram".
Xatırladaq ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib













