Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
Far.Az xəbər saytı

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb


Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb.

Bu barədə "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

12 sentyabr 2011-ci il təvəllüdlü, Ağdam rayon sakini Samirə Həsənova (şərti ad) oktyabrın 1-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə getməsi barədə ailəsi tərəfindən "102" Xidməti-Zəng Mərkəzinə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra polis əməkdaşları tərəfindən axtarış tədbirlərinə başlanılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən də, məsələ ilə bağlı araşdırma aparılıb və aidiyyəti qurumlarla əlaqələndirmə həyata keçirilib.

Araşdırma zamanı azyaşlının Şəmkir rayon sakini olan şəxslə evlənmək məqsədilə ailəsindən xəbərsiz getdiyi müəyyən edilib. Onun 15 yaşında olması nəzərə alınaraq, polis əməkdaşlarının keçirdiyi operativ tədbirlər nəticəsində yeri qısa müddətdə müəyyənləşdirilib və tapılaraq ailəsinə təhvil verilib.

Beləliklə, azyaşlının təhlükəsizliyi təmin olunub və erkən evliliyə cəlb edilməsinin qarşısı alınıb.

Hazırda məsələ ilə bağlı araşdırma Ağdam Rayon Polis Şöbəsi tərəfindən davam etdirilir.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər