OPEC+ dünya neft bazarındakı vəziyyəti müzakirə edəcək
Far.Az xəbər saytı

OPEC+ dünya neft bazarındakı vəziyyəti müzakirə edəcək


OPEC + Nazirlər Monitorinq Komitəsi (JMMC) oktyabrın 4-də dünya neft bazarındakı vəziyyətə və alyans ölkələrinin hasilat öhdəliklərini yerinə yetirməsinə baxacaq iclas keçirəcək.

"Far.Az"un OPEC-ə istinadən məlumatına görə, eyni gündə yeddi OPEC+ ölkəsinin - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın iclası keçiriləcək.

Sentyabrın 6-da keçirilmiş əvvəlki iclasda bu ölkələr oktyabr üçün müəyyən edilmiş istehsal səviyyələrini saxlamaq barədə razılığa gəlmişdilər. İştirakçılar həmçinin əldə olunmuş razılaşmalara riayət etmək və əvvəllər icazə verilən hər hansı artıq istehsalı kompensasiya etmək niyyətlərini təsdiqləyiblər.

OPEC+ Nazirlər Monitorinq Komitəsi alyansın istehsal öhdəliklərinə əməl olunmasına nəzarət edir və neft bazarının vəziyyətini izləyir. JMMC lazım gələrsə əlavə iclas çağıra və ya OPEC+ nazirlərinin iclasının keçirilməsini tövsiyə edə bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər