Madriddə 70 min insan mənzil böhranı əleyhinə aksiyada iştirak edib
Far.Az xəbər saytı

Madriddə 70 min insan mənzil böhranı əleyhinə aksiyada iştirak edib


Madriddə mənzil böhranına qarşı keçirilən aksiyada təxminən 70 000 nəfər iştirak edib.

"Far.Az"un "El País"ə istinadən verdiyi məlumata görə, bu rəqəmlər İspaniya hökumətinin Madriddəki nümayəndəliyi tərəfindən göstərilib. Aksiyanın təşkilatçıları olan Kirayəçilər Birliyi təxminən 500 000 insanın iştirak etdiyini açıqlayıb.

Nümayişçilər İspaniya paytaxtının küçələrindən Madrid şəhər meriyasının yerləşdiyi "Cibeles" meydanına qədər yürüş ediblər. Etirazın əsas şüarı "Ümumi tətil yolunda" olub.

Mənzil böhranına qarşı kütləvi etirazlar İspaniyanın digər şəhərlərində də keçirilib və minlərlə iştirakçı cəlb edilib.

Valensiyada nümayiş etirazçılarla polis arasında toqquşmalarla başa çatıb. "El País"in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları dağıtmaq üçün güc tətbiq ediblər.

Oxşar xəbərlər

Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Madriddə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı olub
Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər