Tovuzda qadının dəhşətli ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı"
Far.Az xəbər saytı

Tovuzda qadının dəhşətli ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı"


Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşulardan biri bildirib ki, hadisə yerinə çatanda evin tüstü içində olduğunu görüb:

"Gördüm ki, millət doludur. Tüstüdən kimin kim olduğunu görmək olmurdu. Qadın qapqara idi, təpədən dırnağa yanmışdı. Qapı da qıfıllı idi. Kimin açdığı bilinmirdi. Qadının həyat yoldaşı çöldə idi, qışqırırdı ki, evimiz yanır".

Qonşular mərhum Nüşabə Hüseynovanı mehriban və zəhmətkeş biri kimi xarakterizə ediblər. Onun ailəsinə, xüsusilə də övladlarına bağlı olduğu bildirilib.

Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Musa qızı Hüseynova həyatını itirib. FHN-in məlumatına görə, üçotaqlı fərdi yaşayış evinin bir otağında yataq dəsti və döşəmə bir kvadratmetr sahədə yanıb.

İlkin iddialara görə, 22 yaşlı Elyar Hüseynli evdə anası Nüşabə Hüseynovanın üzərinə benzin tökərək onu qəsdən yandırıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində E.Hüseynli saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər