Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
Far.Az xəbər saytı

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar


Paytaxtın Səbail və Yasamal rayonlarında qeydə alınan oğurluq faktları ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

DİN-dən Far.Az-ə bildirilib ki, Səbail rayonu ərazisində yerləşən marketlərə müştəri qismində daxil olaraq ümumilikdə 1400 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən A.İlyasov müəyyən olunaraq saxlanılıb.

Yasamal rayonunda isə avtomobilin qapısının açıq qalmasından istifadə edərək nəqliyyat vasitəsinin salonundan mobil telefon və pul kisəsi oğurlamaqda şübhəli bilinən Ş.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər