Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ölkə ərazisinin İrana qarşı istifadə olunması ilə bağlı fərziyyələri təkzib edib.
"Far.Az" IRIB-yə istinadən xəbər verir ki, Şahin Mustafayev bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşdə bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevin 40 günlük müharibədə (ABŞ-İran münaqişəsi) döyüşlərin başa çatdırılması və sülhün bərqərar edilməsi ilə bağlı mövqelərini iki ölkə arasındakı isti münasibətlərin göstəricisi hesab edirik", - Ş. Mustafayev bildirib.
Qeyd olunub ki, İran Azərbaycan üçün dost ölkədir.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb.
"Far.Az" "Tasnim"ə istinadən xəbər verir ki, Azərbaycan tərəfi görüşdə ABŞ və İsrailin İrana hücumunun bütün beynəlxalq qanunlara zidd olduğu və İslam respublikasının özünü müdafiə etdiyi barədə məlumatlandırılıb.
"Tramp nə danışıqlar apara, nə də döyüşə bilir", - Rezai deyib və əlavə edib ki, İranın şərtləri Amerika tərəfinə verilib.
Görüşün təfərrüatları hələ açıqlanmayıb.
Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini İran Prezidenti Məsud Pezeşkianla da görüşüb. Dünən isə Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI













