Rusiyada laboratoriya əməkdaşının ölümü narahatlıq yaradıb
Rusiyanın İrkutsk vilayətində taunla mübarizə institutunda çalışan laboratoriya əməkdaşının naməlum mənşəli pnevmoniyadan ölməsi mümkün laboratoriya qəzası və yoluxma ilə bağlı narahatlıqlara səbəb olub.
Far.Az xəbər verir ki, 28 yaşlı əməkdaşın oktyabrın 2-də öldüyü bildirilir. Yerli mediada onun taun bakteriyası ilə təmasda ola biləcəyi iddia edilsə də, Rusiya səhiyyə qurumları institutda hər hansı qəza baş vermədiyini və ölümün peşə fəaliyyəti ilə əlaqəsinin müəyyən edilmədiyini açıqlayıb.
Hadisədən sonra təxminən 200 nəfərin tibbi müşahidəyə götürüldüyü bildirilib. Rəsmi qurumlar İrkutsk vilayətində epidemioloji vəziyyətin stabil olduğunu qeyd ediblər.
ABŞ Dövlət Departamenti isə məsələni aidiyyəti qurumlarla birlikdə izlədiyini açıqlayaraq, Rusiya hakimiyyətini hadisə ilə bağlı məlumatları operativ və şəffaf şəkildə ictimaiyyətə təqdim etməyə çağırıb.
Taun "Yersinia pestis" bakteriyasının yaratdığı yoluxucu xəstəlikdir. Xəstəliyin ağciyər forması ağır keçə və vaxtında müalicə olunmadıqda ölümə səbəb ola bilər.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik
-
Kərim Abbasov üzr istədi
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi













