Emin Hüseynov: "Ağdam, Əsgəran və Xocalıda 24 min hektar əkinəyararlı torpaq sahibkarları gözləyir"
Ağdam, Əsgəran və Xocalı rayonlarında 24 min hektardan çox əkinəyararlı torpaq sahibkarları gözləyir.
"Far.Az"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində bildirib.
"Bu rayonlarda 50 min hektardan çox əkinəyararlı torpaq sahəsinin 24 min hektarı hələ dövriyyəyə cəlb olunmayıb, yəni istifadə üçün hazırdır. Buradan üzümü bütün sahibkarlara tuturam, gəlin, torpaq da var, infrastruktur da var, dövlətin dəstəyi də var. Yetər ki, siz bunu istəyəsiniz, buna inanasınız və indiyə qədər göstərdiyiniz fəaliyyəti kənd təsərrüfatında, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki aqrar sektorda sərgiləyəsiniz. Bu ərazilərdə sahibkarlıq xüsusi önəm kəsb edir, mənfəətlə yanaşı həm də şərəf məsələsidir, torpaqların dirçəlməsidir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik
-
Kərim Abbasov üzr istədi
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi













