"Deloitte": Enerji sistemlərinin gələcəyi yarı mərkəzsizləşmədədir
Enerji sistemlərinin gələcəyi yarı mərkəzsizləşmədədir.
“Far.Az” xəbər verir ki, bunu "Deloitte Netherlands" şirkətinin strategiya, risk və əməliyyatlar üzrə məsləhət tərəfdaşı İvan Kuxnin "NEQSOL Holding"in COP29 çərçivəsində təşkil etdiyi "Arzudan gerçəkliyə: Bərpa olunan enerjidə regional və qlobal təsir" adlı tədbirdə bildirib.
İ.Kuxnin bu sahədə ciddi dəyişikliklərin qaçılmaz olduğunu vurğulayıb.
Onun sözlərinə görə, mövcud mərkəzləşdirilmiş enerji sistemləri böyük enerji istehsalı məntəqələrindən alınan enerjinin qeyri-səmərəli və mürəkkəb şəkildə ötürülməsi ilə xarakterizə olunur: "Enerji sistemlərinin yarı mərkəzsizləşdirilməsi gələcəyin əsas istiqamətlərindən biridir. Ənənəvi olaraq, enerji böyük mərkəzlərdən ötürülür, lakin iki tərəfli körpü sistemi daha effektiv ola bilər. Bu sistemdə istehlakçılar təkcə enerji almır, həm də artıq enerjini sistemə geri verə bilir".
Qonaq belə bir sistemin həyata keçirilməsi üçün tənzimləmələrin mühüm rol oynadığını vurğulayıb. O, qeyd edib ki, bir çox yerli qaydalar bu sahədə uğursuzluğa düçar olur: "Günəş panelləri vasitəsilə enerji istehsal edən evlər çox vaxt həmin enerjidən lazım olanda istifadə edə bilmir, çünki bu texnologiyalar enerjini yalnız günəşli saatlarda istehsal edir. Gecə isə tələbat artdığı zaman, istehlakçının evində batareya sistemi yoxdursa, enerjini saxlamaq və geri vermək çətinləşir".
İ.Kuxnin bu problemi həll etmək üçün "ağıllı" texnologiyaların tətbiqini təklif edib: "Ağıllı" ölçmə cihazları və ticarət mexanizmləri sayəsində evlər təkcə enerji alıb saxlamaqla kifayətlənməyə, həm də artıq enerjini sistemə sataraq iqtisadi fayda əldə edə bilərlər".
O, gələcək enerji sistemlərinin yalnız texnoloji yeniliklərlə deyil, həm də sistemli, sosial dəyişikliklərlə formalaşacağını bildirib: "Bu dəyişikliklər təkcə böyük banklar və tənzimləmə orqanları ilə məhdudlaşmır, fərdi səviyyədə də hamımız kiçik addımlar atmalıyıq. Bütün dünya üzrə enerji istehlakçıları bu transformasiyada iştirak etməli və öz rahatlıqları daxilində məsuliyyətli yanaşmalar nümayiş etdirməlidirlər".
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
"Deloitte": Tənzimləmə və maliyyə enerji keçidinin əsas çağırışlarıdır
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Rubio: ABŞ Meksikadakı narkokartellərin təhdidinə cavab verməli olacaq
-
Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib
-
Kris Rayt: Hörmüz boğazı vasitəsilə gündəlik təxminən 11 milyon barel neft nəql edilir
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.09.2026)
-
Bakıda insanları narahat edən gizli TƏHLÜKƏ - Yuxusuzluq, ürək xəstəliyi, əsəb...













