Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq
Far.Az xəbər saytı

Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq


Sabah Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən Far.Az-ə bildirilib ki, oktyabrın 7-də saat 14:00-dan 18:00-dək 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar Naxçıvan şəhərinin 56, 59, 60 və 61-ci məhəllələrində, M. Şəhriyar, Səməd Vurğun və H. Rəhmanov küçələrində, Hərbi Şəhərcik-1-də, Universitet şəhərciyində, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında və Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər