Mağaralar, qalalar və günbəzlər: Ən qeyri-adi qonaqlamalar üçün ən yaxşı 10 ölkə - SİYAHI
Dünyanın mağaralar, qalalar və günbəzlər formasında olan ən qeyri-adi qonaqlama məkanlarının olduğu ölkələrin adları açıqlanıb.
BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, "Fransa Airbnb" 1000-dən çox qala da daxil olmaqla, təxminən 3000 qeyri-adi əmlak siyahısı ilə ümumi siyahıda birinci yeri tutub.
"Airstream" karvanlarından və "Poké Ball" formalı otellərdən tutmuş "Viktoriya dövrü su qüllələri"nə və rahat mağaralara qədər bir çox alternativ var.
Avropada qeyri-ənənəvi seçimlər axtaranlar Fransaya üz tuta bilər. Çünki bu ölkə dünyada ən qeyri-adi qonaqlama yerlərinin olduğu ölkələrin yeni reytinqində birinci yeri tutur.
"Holafly" tərəfindən hazırlanan reytinq, səkkiz əmlak növü üzrə qonaqlama məkanları var. Bunlar əsasən, mağaralar, qalalar, ağac evlər, qayıq evlər, yel dəyirmanları, mayaklar, torpaq evlər və günbəzlərdir.
Fransa da bir neçə qalma kateqoriyasında reytinqdə liderlik edir, burada 1000-dən çox qala , 400 ev qayığı və 30 yel dəyirmanı sifariş edə bilərsiniz.
Avropada qeyri-adi bir tətil üçün başqa yerlər də var.
Ümumi reytinqdə üçüncü yeri "Toskana qalaları", "Apuliya"dakı trulli (yəni konusvari daş daxmalar) və "Materada"kı mağara yaşayış yerləri sayəsində İtaliya tutub.
Avropada növbəti yerdə 696 siyahıya daxil olan və ümumi siyahıda altıncı yerdə qərarlaşan Böyük Britaniyadır.
Burada 23 mayak və 12 yel dəyirmanı ilə yanaşı, təxminən 250 qala, təxminən 150 günbəz və 100-dən çox qayıq evi tapmaq mümkündür.
Siyahıya sonuncu daxil olan Avropa məkanı ümumilikdə doqquzuncu yerdə olan Yunanıstandır.
Qeyri-adi qonaqlamalar üçün ən yaxşı 10 ölkənin adı isə belədir:
Fransa (2947 siyahı)
ABŞ (2533 siyahı)
İtaliya (1050 siyahı)
Braziliya (873 siyahı)
Kolumbiya (762 siyahı)
Böyük Britaniya (696 siyahı)
Meksika (675 siyahı)
Hindistan (604 siyahı)
Yunanıstan (599 siyahı)
Çili (548 siyahı)
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir













