Bakıda yollar üçün yeni lük qapaqları ALINACAQ
Far.Az xəbər saytı

Bakıda yollar üçün yeni lük qapaqları ALINACAQ


Bakıda su təsərrüfatı infrastrukturunun yenilənməsi çərçivəsində 1 200 ədəd yeni lük qapağının alınması nəzərdə tutulur.

Far.Az-in məlumatına görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən lük qapaqlarının satın alınması ilə bağlı müsabiqə elan edilib.

Layihə üzrə ehtimal olunan qiymət 322 140 manat müəyyənləşdirilib.

Yeni qapaqların alınması şəhər ərazisində su və kanalizasiya şəbəkələrinin istismarı ilə bağlı infrastrukturun yenilənməsinə xidmət edəcək. Daha davamlı və yüksək yükə hesablanmış qapaqların quraşdırılması yollar və səkilərdə lüklərin təhlükəsizliyinin artırılmasına, sıradan çıxmış qapaqlardan yaranan risklərin azaldılmasına və su təsərrüfatı obyektlərinin daha etibarlı qorunmasına imkan verəcək.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İrandan Azərbaycana indiyədək 3 322 nəfər təxliyə olunub
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər