Vəzifələrinə qayıtmaq üçün vəkil tutdular, pullarından da oldular
Vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq törətməkdə təqsirləndirilən vəkil Cavidan Osmanlının barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Far.Az oxu.az-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinən C.Osmanlıya bir il müddətinə vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə beş min manat cərimə cəzası verilib.
İttihama görə, C.Osmanlı ölkədə vəzifəsindən azad edilmiş bir qrup şəxslərin etibarından sui-istifadə edərək, onların işə bərpa ediləcəklərini söz verib və ümumilikdə bu şəxslərdən 15 min 400 manat alıb. Şikayətçilərin müraciəti əsasında araşdırmalar aparılıb və C.Osmanlıya cinayət işi başlanılıb.
İş üzrə ümumilikdə 9 nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, C.Osmanlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü olub, Bakıdakı vəkil bürolarından birində vəkil kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Gənc media nümayəndələri SOCAR-ın yaşıl enerji planı ilə tanış oldular
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Yunanıstan və ABŞ Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar













