Avropada 1000-dən çox polis bayker qruplaşmasına qarşı reydlər həyata keçirib
1000-dən çox polis Almaniya, Belçika, Bolqarıstan və Niderlandda "Hells Angels" bayker qruplaşmasının üzvləri ilə əlaqəli beynəlxalq çirkli pulların yuyulması şəbəkəsinə qarşı yönəlmiş reydlər keçirib.
"Report" xəbər verir ki, bu barədə "dpa" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, 14 həbs orderi icra edilib və Almaniya hakimiyyəti 48,6 milyon avro dəyərində aktivləri müsadirə etməyə çalışır.
Polisin məlumatına görə, 100-dən çox daşınmaz əmlak obyektində axtarış aparılır və 71 nəfər barəsində istintaq aparılır. Axtarışların əksəriyyəti Almaniya ərazisində həyata keçirilib.
Şübhəlilər arasında bütün Almaniya və Avropa boyu fəaliyyət göstərən çirkli pulların yuyulması şəbəkəsinə cavabdeh olan şəxslər, həmçinin bayker qruplaşmasının yüksək rütbəli üzvləri var. Onlar cinayətkar təşkilat yaratmaq, hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dələduzluq və çirkli pulların yuyulması kimi cinayətlərdə şübhəli bilinirlər. İstintaq həmçinin silahla bağlı ehtimal edilən cinayətləri, hücumları və vergidən yayınma hallarını da əhatə edir.
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb
-
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
-
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub













